Azərbaycanlı iş adamı arvadının gözü qarşısında öldürüldü - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı iş adamı arvadının gözü qarşısında öldürüldü - Video

Kriminal

20 Aprel 2024 15:42 6228


Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, 61 yaşlı iş adamı ona məxsus olan “Yunis” adlı mağazaya yaxın parklanma yerində öldürülüb.

Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilindən çıxan kimi ona atəş açılıb. Hadisə iş adamının həyat yoldaşının gözü qarşısında baş verib. Əhmədovun qohumları jurnalistlərə danışıblar ki, bundan əvvəl də onu ölümlə təhdid ediblər. Marqarita pizza

Qeyd edək ki, N.Əhmədov və onun həyat yoldaşı 2010-cu ildən “Yunis” adlı mağazanı idarə ediblər. 

Hazırda mağazada işlə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!