Azərbaycanlı iş adamı Dubay aeroportunda saxlanılıb?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı iş adamı Dubay aeroportunda saxlanılıb?

Hadisə

17 Fevral 2023 18:20 1250


Ötən gün Azərbaycan vətəndaşı, biznesmen Xəyyam Səfərli Dubay hava limanında saxlanılıb.

Yenisabah.az “Haqqin.az”a istinadən xəbər verir ki, iş adamı saxlanılmazdan bir qədər sonra məsələ ilə bağlı öz instaqram hesabında paylaşım edib.

Məlumata görə, X.Səfərli hər hansı səbəb olmadan saxlanılıb, onun iş vizası isə ləğv olunub. pizza

Sayt yazır ki, Birləşmiş Ərəb Əmirliklərində yüzlərlə digər Azərbaycan vətəndaşına qarşı da oxşar addımlar atılır. Azərbaycanın BƏƏ-dəki səfirliyindən sayta verilən məlumata görə, diplomatik nümayəndəlik Xəyyam Səfərli ilə bağlı yaranmış insidentlə əlaqədar BƏƏ-nin Xarici İşlər Nazirliyinə nota göndərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!