"Yeni yaradacağım informasiya portalında sağımda dayanan Ani ilə əməkdaşlıq edəcəyik".
"Yeni Sabah" xəbər verir ki, "Kanal 13" TV-nin əməkdaşı Fərid İsmayılov "Facebook" hesabında bu barədə paylaşım edib.
O, 3 erməni jurnalistlə şəkil çəkdirərək onlar haqqında təəssüratlarını bölüşüb: pizza sifarişi
"Şəkildə gördüyünüz hər 3 xanım Ermənistandan olan gənc jurnalistlərdir. Onlarla Qarabağ ətrafında baş verən prosesləri müzakirə etdik. Onlar isə Qarabağ üçün sülh istəyir.
Yeni yaradacağım informasiya portalında sağımda dayanan Ani ilə əməkdaşlıq edəcəyik".
Qeyd edək ki, noyabrın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək. Riqada keçirilən "Şərq Tərəfdaşlığı Media Konfransı 2019” tədbiri zamanı bir neçə erməni jurnalistin paytaxt Bakıya gələcəyi bildirilib.
Telegram kanalımız