Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu - FOTO

Hadisə

14 Oktyabr 2025 13:38 742


Ukraynanın ərazi bütövlüyü və azadlığı uğrunda döyüşən azərbaycanlı Şofel Faiq Faiq oğlu həlak olub.

“Yeni Sabah” xəbər verir ki, onun 30 yaşının tamam olmasına cəmi iki həftə qalıbmış.

Məlumata görə, onun atası əslən Şirvan şəhərindəndir, anası isə Ukrayna kökənlidir. Faiq kişi 20 il əvvəl dünyasını dəyişib. Faiq anasının soyadını (Şofel) götürüb. O, son illərdə Ukrayna ordusunun hücum-desant bölmələrində kəşfiyyatçı kimi xidmət edib və bir çox əməliyyatlarda iştirak edib. pizza sifarişi

O, 12 oktyabr tarixində həyata keçirilən döyüş tapşırığı zamanı həlak olub. Döyüş yoldaşları onun yüksək peşəkarlığından, qorxmazlığından və Ukraynaya olduğu kimi Azərbaycana da sadiqliyindən danışıblar.

Odessada yaşayan jurnalist Anar Natiqoğlunun sözlərinə görə, 16 oktyabr səhər saat 10:00-da qəhrəman döyüşçü ilə vida mərasimi Odessadakı "Zabitlər evi”ndə keçiriləcək. Daha sonra dəfn mərasimi şəhər kənarındakı müsəlman qəbiristanlığında baş tutacaq. (Musavat.com)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!