Azərbaycanlı müəllim Türkiyədə qəfil vəfat etdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı müəllim Türkiyədə qəfil vəfat etdi - FOTO

Hadisə

26 İyul 2025 13:13 491


Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əliyeva Gülnarə Nizami qızı Türkiyədə vəfat edib.

G.Əliyeva turist kimi səfərə getdiyi ölkədə elə həmin gün qəfil dünyasını dəyişib.

Onun dəqiq hansı səbəbdən həyatını itirməsi məlum olmasa da, müəllimin vəziyyətinin pisləşdiyi və çatdırıldığı xəstəxanada öldüyü bildirilir. pizza mizza

Məlumata görə, G.Əliyeva bir neçə il əvvəl oğlunu itiribmiş.

Son bir ildir adıçəkilən məktəbdə çalışan pedaqoq daha əvvəl uzun müddət Texniki Təbiət Elmləri Liseyində ibtidai sinif müəllimi və direktor müavini kimi fəaliyyət göstərib. (Qafqazinfo.az)


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!