Azərbaycanlı musiqiçi həbs olundu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı musiqiçi həbs olundu - Foto

Hadisə

03 Fevral 2023 23:55 1227


Yanvarın 30-da İranın Qəzvin şəhərinin ədliyyə idarəsinə çağırılan Məsumə Bənagərin həbs olunduğu bəlli olub.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb.

Bildirilib ki, M. Bənagər rejim qüvvələri tərəfindən qətlə yetirilən soydaşımız Cavad Heydərinin anım mərasiminə qatıldığı üçün saxlanılaraq həbs edilib. Marqarita pizza

Təşkilatın məlumatına görə, Məsumə Bənagər ilk dəfə noyabrın 13-də rejim qüvvələri tərəfindən qanunsuz şəkildə evdən həbsxanaya aparılıb. O, sosial şəbəkədə bir neçə hekayə paylaşmaqda ittiham olunub. Daha sonra dekabrın 25-də ifadə vermək üçün çağırılıb və həbs edilib. On gündən sonra o, məhkəmə prosesi başa çatana qədər zaminə buraxılıb.

Qeyd edək ki, Azərbaycan türklərinin kompakt yaşadığı Qəzvin şəhərinin sakini Məsumə Bənagər musiqiçidir və uşaq musiqi müəllimidir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!