Azərbaycanlı “qanuni oğru”nun qatilinə 16 il həbs verildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı “qanuni oğru”nun qatilinə 16 il həbs verildi

Kriminal

26 Dekabr 2022 14:51 913


Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan vətəndaşı Mətləb Sultanovun məhkəmə prosesi keçirilib. 

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qətl törətməkdə ittiham olunan M.Sultanova 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. pizza

Bildirilib ki, 1984-cü il təvəllüdlü Sultanov Mətləb Paşa oğlu Rusiya paytaxtının Şukino rayonu ərazisindəki idman zallarından birində azərbaycanlı kriminal avtoritet, "Albert Rıjı" ləqəbi ilə tanınan “qanuni oğru” Əli Heydərovu öldürməkdə təqsirli bilinib.

M.Sultanov ilkin ifadəsində gəncəli kriminal avtoriteti öldürdüyünü etiraf edib və qətlə səbəb kimi, “Albert Rıji”nın onu təhqir etməsini göstərib. 

Xatırladaq ki, Ə.Heydərov aprelin 12-də Moskvadakı idman zallarının birində qətlə yetirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!