Azərbaycanlı “Range Rover“dən çıxıb atəş açdı - Toy kortejində dəhşət

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı “Range Rover“dən çıxıb atəş açdı - Toy kortejində dəhşət

Kriminal

14 Avqust 2019 12:00 1253


Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında toy kortejində olan azərbaycanlı "Range Rover” markalı avtomobildən travmatik silahla havaya atəş açıb.

"Yeni Sabah" virtualaz.org-a istinadən xəbər verir ki, hadisə avqustun 11-də Kolpinsky şossesində, Puşkin rayonu istiqamətində baş verib.

Bu barədə hadisə şahidləri yerli polis şöbəsinə məlumat veriblər. Onların sözlərinə görə, qafqaz əsilli bir nəfər avtomobilin lyukundan çıxaraq tapançadan havaya bir neçə dəfə atəş açıb. Marqarita pizza

Əməliyyat nəticəsində həmin şəxs saxlanılıb, onun 34 yaşlı azərbaycanlı olduğu bildirilir. Saxlanılan şəxsdən icazə kağızı olan "Grand Power” markalı tapança götürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı avqustun 13-də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 1-ci bəndinə (xuliqanlıq) uyğun olaraq cinayət işi açılıb. Şübhəli  şəxs başqa yerə getməmək şərti ilə azadlığa buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!