Azərbaycanlı şagirdlər ABŞ-da qızıl və gümüş medallar qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı şagirdlər ABŞ-da qızıl və gümüş medallar qazandılar

Maraqlı

09 Noyabr 2023 20:13 1258


ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən "The World Scholar's Cup" beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri 2 qızıl, 15 gümüş medal qazanıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, 40-dan çox ölkədən istedadlı şagirdlərin qatıldığı yarışın illik çempionlar turnesinin mükafatlandırma mərasimi universitetin "Woolsey Hall" auditoriyasında baş tutub.

Gərgin bilik yarışında həmyerlilərimiz Məryəm Məmmadova və Rəsul Qədimxanlı həm qızıl, həm də gümüş medal, Abbas Mazanli, Maqsud Məmmədov, İslam Əfəndiyev və Kamal Zülfüqarlı isə gümüş medal qazanblar. Dominos pizza

Azərbaycan bayrağını səhnəyə həmyerlimiz A.Mazanlı gətirib. Şagirdlərin uğurları hər kəs tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, beynəlxalq yarışda Azərbaycan nümayəndə heyəti üç məktəbdən ibarət (Avropa Azərbaycan Məktəbi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi (MTK) və Oksbric Akademiyası) komanda ilə təmsil olunurlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!