Azərbaycanlılar niyə qanunları pozmağa meyllidirlər? - “Düşünürlər ki, pulla həll etmək olar“

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar niyə qanunları pozmağa meyllidirlər? - “Düşünürlər ki, pulla həll etmək olar“

Maraqlı

30 Avqust 2021 12:45 1302


Avqustun 28-i və 29-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 14 toy şənliyinin monitorinqini həyata keçiriblər. 115 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Qeyd edək ki, bu cür hallar toyların keçirilməsinə icazə verilən vaxtdan, yəni iyul ayının 1-dən başlayıb.

Virusla bağlı qaydaların və digər qanunların pozulmaması üçün hər gün əhaliyə müraciət olunur. Lakin qanun pozuntularının ardı-arası kəsilmir. Əhali nəyə görə qanunları pozmağa meyillidir? Dördpendirli pizza

Tnınmış televiizya aparıcısı Kamran Həsənli mövzu ilə bağlı Yenisabah.az-a danışıb. Bildirib ki, insanlar qanunlardan yan keçməyə alışıblar:

“Hər kəs düşünür ki, qanun nədir, yan keçərik, əməl etmərik, pulla həll olunar.

Lakin diqqətə almırlar ki, indiki dövrdə qanunu pozmaq öz həyatını təhlükəyə atmaqdır. İnsanlar bunu başa düşməlidir. Bu cür qanun pozuntuları var, hər zaman olub. Cərimə olunduqdan sonra hər şey qaydasına düşür”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!