Azərbaycanlıları Ukraynada döyüşməyə nə vadar edir? -   “Vyetnam sindromu”, yoxsa...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlıları Ukraynada döyüşməyə nə vadar edir? - “Vyetnam sindromu”, yoxsa...

Siyasət

22 Dekabr 2025 15:24 1523


“Qarabağ müharibəsi veterlarına dair bu təzahürün müxtəlif səbəbləri var. Birmənalı olaraq desək ki, qazilər hansısa sindromdan əziyyət çəkir və bun görə Ukraynada gedən döyüşlərə qatılır, - düzgün olmaz. Məncə, əsas səbəb maddiyyatdır. Keçmiş döyüşçülər muzd müqabilində Rusiya və ya Ukrayna tərəfində döyüşlərdə iştirak edirlər”.

Bu sözləri “Yeni Sabah”a ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Rusiya-Ukrayna müharibəsində həlak olan və ya itkin düşən şəxslərlə bağlı son günlərdə çoxalan məlumatları şərh edib: pizza sifarişi

“Azərbaycan vətəndaşlarının hər hansı bir ölkənin silahlı birləşmələrində döyüşlərə qatılması qanunla qadağandır. Bu addım cinayət məsuliyyəti yaradır. Lakin dönə-dönə məlumatlanırıq ki, Azərbaycan vətəndaşları Ukraynada gedən döyüşlərə qatılırlar. Həm də təkcə Rusiya-Ukrayna müharibəsi deyil, İraq və Suriyadakı münaqişələrdə də.

Bu halların qarşısının alınması üçün müvafiq qurumlar lazımi addımlar atmalıdır. Müharibə keçmiş, ağır psixoloji travma almış, sarsıntı keçirmiş insanlara hərtərəfli diqqət və qayğı göstərilməlidir”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Aqil Abbas Rusiya-Ukrayna münaqişəsində hər iki tərəfin silahlı qüvvələri sırasına qatılan azərbaycanlıların bir çoxunu "muzdlu" adlandırıb:

“Diqqəti 2 məqama yönəltmək istəyirəm. Əgər şəxs Rusiya, yaxud Ukrayna vətəndaşıdırsa, o, hərbi mükəlləfiyyət daşıdığı ölkədə hərbi xidmət keçməlidir. Azərbaycan vətəndaşları isə muzdlu əsgər kimi vuruşurlar”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!