Azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilər? - Qarabağlı jurnalistdən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilər? - Qarabağlı jurnalistdən AÇIQLAMA

Maraqlı

17 İyun 2021 10:37 1477


"Qarabağda birgə yaşayış azərbaycanlılardan çox ermənilərə lazımdır".

Bu sözləri "Şərq"ə açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. 28 ildən sonra torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayan jurnalist qeyd edib ki, hazırda həmin ərazilərdə quruculuq-abadlıq işləri başlayıb: "Əminəm ki, məhz abadlaşdırma siyasəti nəticəsində yaxın illərdə ermənilərin murdar izini Qarabağdan siləcəyik. Qarabağ tezliklə dünyanın ən gözəl yaşayış məskənlərindən birinə çevriləcək. 44 günlük Vətən müharibəsində ordumuz Qarabağda irəlilədikcə, biz ermənilərin uzun illər necə ağır şəraitdə yaşadığının şahidi olurduq. Azərbaycan qələbə qazanmaqla, həm də ermənilərə adam kimi yaşamaq şansı verib".

Seymur Verdizadə bildirib ki, əgər Qarabağ erməniləri üçrəngli bayrağımızı öpüb qanunlarımıza tabe olsalar, o zaman güclü Azərbaycan dövlətinin himayəsi altında yaşayacaqlar: "Ermənilər çox hiyləgər millətdir və əminəm ki, bu şansı əldən verməyəcəklər. Azərbaycan isə humanist dövlətdir. İstintaq nəticəsində terrorçuluqla məşğul olmadığı müəyyənləşdirilən 15 erməninin geri qaytarılması da bunu sübut edir. Azərbaycan xalqına güllə atmayan ermənilər üçün heç bir təhlükə yoxdur". Marqarita pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!