Azərbaycanlıya ABŞ-da vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlıya ABŞ-da vəzifə verildi

Maraqlı

30 Aprel 2021 13:29 685


ABŞ-ın Virciniya ştatında yaşayan, Redford Universitetinin professoru Agida Manizadə səsvermə yolu ilə həmin ştatın riyaziyyat müəllimləri şurasının prezidenti seçilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edək ki, Bakıda anadan olan həmyerlimiz Bakı Dövlət Universitetini bitirib. Daha sonra təhsilini ABŞ-ın ən qədim və nüfuzlu ali məktəblərindən biri olan Villiam və Merri Kollecində və ölkənin dövlət universitetlərinin üçlüyünə daxil olan Virciniya Universitetində davam etdirib. Pepperoni pizza

Hazırda Redford Universitetinin riyaziyyat və statistika fakültəsinin professorudur. Riyaziyyat müəllimlərinin bilikləri sahəsində araşdırmalarla, həndəsənin tədrisi və təlimi, maarifləndirici texnologiyalarla məşğuldur. "Virginia Mathematics Teacher Journal"ın baş redaktorudur, çoxsaylı məqalələrin müəllifidir. Fəxri mükafatlara layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!