Azərbaycanm gömrüyündə niyə tıxac yaranıb? – Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanm gömrüyündə niyə tıxac yaranıb? – Rəsmi açıqlama

Siyasət

04 May 2022 17:53 283


Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımçay” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı ilə bağlı açıqlama yayıb.

Qurumdan “Yeni Sabah”a daxil olan xəbərə görə, sıxlıqların yaranmasına səbəb ölkəmizdən tranzit keçən yük nəqliyyat vasitələrinin sayının son aylarda kəskin surətdə artması ilə əlaqədardır.

Belə ki, hazırda Gürcüstanla sərhəddə yerləşən iki gömrük-keçid məntəqəsi vasitəsilə gün ərzində 1000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Bu da ölkə ərazisinə “tranzit” gömrük proseduru altında daxil olan yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarını asan və sürətli şəkildə həyata keçirməyə imkan verir. pizza

Lakin Azərbaycandan keçən yük nəqliyyat vasitələri daha sonra Gürcüstan və Türkiyə Respublikası üzərindən müəyyən olunan marşrutla hərəkət edirlər və bu ölkələr artan nəqliyyat axının qəbulunda müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, hazırda Gürcüstan-Türkiyə sərhədindəki gömrük-keçid məntəqələrinin qarşısında Türkiyəyə daxil olmaq istəyən avtomobillərin sıxlığı yaranıb. Üstəlik xeyli sayda yük nəqliyyat vasitəsi Türkiyəyə keçmək üçün Gürcüstan ərazisindəki TIR parklarında növbə gözləyir. Buna görə də Gürcüstan Respublikası Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında müəyyən məhdudiyyətlər tətbiq edir.

Hazırda hər iki ölkənin müvafiq qurumları ilə danışıqlar aparılır və yaxın günlərdə problem həllini tapacaq.

Gömrük orqanlarının sərhədkeçmə proseslərində süni maneələr yaratması ilə bağlı irəli sürülən, hər hansı fakta söykənməyən əsassız iddialar isə məsuliyyətsizliyin, qərəzli mövqenin təzahürüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!