YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir

Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir

Rəqəmsal

30 Sentyabr 2022 23:20 2413


Azercell Eksklüziv mağazalarından iPhone 14 və ya iPhone 14 Pro əldə edən müştərilər 3 ay ərzində pulsuz 50GB mobil internet qazanacaqlar

Sentyabr ayının 30-dan etibarən ən yeni iPhone modelləri Azercell Eksklüziv mağazalarında təqdim olunur. Lider mobil operator Apple brendinin pərəstişkarlarını Azercell-in yüksəksürətli mobil internet xidmətlərindən yeni nəsil iPhone-larda yararlanmağa dəvət edir. Şirkət Azercell Eksklüziv mağazalarından iPhone 14 və ya iPhone 14 Pro smartfonlarını əldə edən bütün müştərilərə 3 ay müddətində 50GB həcmində ödənişsiz mobil internet hədiyyə edir.

Müasir texnologiyaları, istifadəçi rahatlığını və yüksək performansı bir araya gətirən yeni nəsil iPhone telefonlarının texniki xüsusiyyətləri və Azercell Eksklüziv mağazalarının ünvanları haqda ətraflı məlumat əldə etmək üçün https://www.azercell.com/az/personal/campaigns/devices/smartfonlar/iphone-14-pro-iphone-14-pro-max.html səhifəsinə keçid etməyiniz xahiş olunur.

Qeyd edək ki, “Azercell Telekom” MMC Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşıdır. Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı və rəqəmsal texnologiyaları onlar üçün daha əlçatan etməyi hədəfləyən Azercell, hər il ən qabaqcıl iPhone modellərini yerli bazarda təqdim edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!