“Azercell“ ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi - Fotolar/Video

saytların hazırlanması

Evə çatdırılma

“Azercell“ ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi - Fotolar/Video

Rəqəmsal

17 May 2024 18:17 4634


Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə proqramında iştirak etmək hüququ verib.

Yenisabah.az xəbər verir ki, Azercell ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edib.

Həftə zamanı mobil operatorun təşkil etdiyi seminarlarda, yekun qiymətləndirmə və müsahibələrdə seçilmiş 10 tələbə Azercell-in yay təcrübə proqramına qatılmaq imkanı əldə edib. pizza

Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.

Azercell-in Karyera Hazırlığı Həftəsində iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir. Hər il onlarla gənc Azercell-in inkişaf proqramında təcrübə keçir. Lider mobil operator tələbələrin telekommunikasiya sektorunda bacarıqlarını inkişaf etdirir və onlara gələcək karyeralarında kömək edəcək dəyərli təcrübə qazandırır.

Tədbir haqqında ətraflı video:


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!