Azercell Beynəlxalq Xalça Festivalında “Minlərlə ilmə, bir güc” xalçasını təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

Azercell Beynəlxalq Xalça Festivalında “Minlərlə ilmə, bir güc” xalçasını təqdim etdi

Rəqəmsal

05 May 2026 12:00 139


Şirkət “Azərxalça” ASC ilə tərəfdaşlıq əsasında qadınların sosial həyatda rolunun gücləndirilməsinə yönəlmiş növbəti təşəbbüsünü reallaşdırdı

“Azercell Telekom” MMC “Azərxalça” ASC ilə əməkdaşlıqda qadın həmrəyliyini və gücünü əks etdirən “Minlərlə ilmə, bir güc” sosial təşəbbüsünü uğurla həyata keçirdi. Təşəbbüs eyni zamanda Azərbaycanın zəngin xalçaçılıq ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə töhfə vermək məqsədini daşıyırdı.

Layihə çərçivəsində qadınlar arasında həmrəyliyi, onların cəmiyyətin sosial və mədəni inkişafındakı rolunu simvolizə edən xüsusi xalça hazırlandı.

Təşəbbüs 2–3 may tarixlərində keçirilən Beynəlxalq Xalça Festivalı zamanı geniş ictimaiyyətə təqdim edildi. Festival günlərində qadın ziyarətçilər və ictimai xadimlər təşəbbüsə böyük maraq göstərərək xalçanın yaradılma prosesində birbaşa iştirak etdilər. Belə ki,  festivalın qadın iştirakçıları xalçaya ilmə vuraraq bu unikal sənət nümunəsinin formalaşmasına öz töhfələrini verdilər.

“Azercell Telekom” MMC layihəyə qoşularaq xalçanın hazırlanmasında iştirak edən bütün qadınlara öz təşəkkürünü bildirir!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!