Bakı şəhəri, Yasamal rayonu 286 nömrəli məktəbində sinif yoldaşı tərəfindən yandırılan məktəblinin son vəziyyəti açıqlanıb.
“Yeni Sabah”ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, hazırda şagirdin durumu orta ağır kimi qiymətləndirilir.
Hazırda pasyentin müalicəsi Nərimanov Tibb Mərkəzinin Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. 2011-ci il təvəllüdlü yeniyetmə (kişi) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
Aytac Əliyeva
Telegram kanalımız