Paşinyan: Azərbaycanla əməkdaşlığa dair sənədlər imzalamalıdır

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Azərbaycanla əməkdaşlığa dair sənədlər imzalamalıdır

Dünya

05 May 2026 12:40 156


Azərbaycanla ikitərəfli münasibətlərin qurulması üzrə işlər sülh sazişinin imzalanması ilə başa çatmayacaq, ölkələr sahəvi əməkdaşlığa dair sənədlər imzalamalıdır.

"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Bu barədə o, İrəvanda keçirilən Ermənistan-Avropa İttifaqı (Aİ) sammitinin yekunları üzrə Aİ Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə birgə bəyanatla çıxış edərkən söz açıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!