İranda “İsa Məsih” saxlanıldı: “İsrail üçün dua edib”

saytların hazırlanması

Evə çatdırılma

İranda “İsa Məsih” saxlanıldı: “İsrail üçün dua edib”

Dünya

05 May 2026 13:23 149


İranın Yəzd əyalətinin hüquq-mühafizə orqanları İsa Məsih olduğunu iddia edən bir təriqət qurucusunu saxlayıb.

"Yeni Sabah" Mehr-ə istinadla xəbər verir ki, bu barədə əyalət prokuroru Mehdi Həsənpur məlumat yayıb.

Prokuror bildirib: "Əyalətdəki təriqətin lideri əvvəlcə Tanrıın seçdiyi şəxs, sonra isə özünü İsa Məsih olduğunu iddia edib. O, xurafat aşılayıb, qeyri-adi zahidlik tətbiq və davamçılarını şəxsi məqsədlər üçün istismar edib".

M.Həsənpurun sözlərinə görə, təriqət üzvləri Quranı yandırıb, müqəddəs yerləri və müsəlman din xadimlərini təhqir, habelə İsrailin İran üzərində qələbəsi üçün dua ediblər.

Əyalət prokuroru qeyd edib ki, istintaq zamanı təriqətdə əsas rol oynayan 3 şəxs saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!