Azercell-dən açıqlama: Bu mesajlara reaksiya verməyin!

saytların hazırlanması

Evə çatdırılma

Azercell-dən açıqlama: Bu mesajlara reaksiya verməyin!

Rəqəmsal

12 Mart 2022 13:41 897


“Azercell Telekom” MMC abunəçilərini “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən Azercell mobil nömrə satışı təkliflərinə, şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır. 

Bildiririk ki, müvafiq məzmun və saxta təkliflərin Azercell-ə heç bir aidiyyatı yoxdur.

Yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün Azercell mobil nömrələrin əldə edilməsi üçün yalnız şirkətin rəsmi www.azercellim.com internet səhifəsinə, eləcə də Azercell Eksklüziv mağazaları və rəsmi diler şəbəkəsinə müraciət etməyi xahiş edir. Eyni zamanda şirkət öz abunəçilərindən şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, qeyri rəsmi internet saytlardan istifadə etməməyi tövsiyə edir. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!