Azercell ödənişsiz göz müayinələrinə davam edir

saytların hazırlanması

Evə çatdırılma

Azercell ödənişsiz göz müayinələrinə davam edir

Sosial

10 Aprel 2019 22:35 755


Azərbaycanın mobil rabitə bazarında lider mövqedə qərarlaşan Azercell şirkətinin təşkil etdiyi ödənişsiz tibbi müayinələrdən minlərlə insan faydalanıb.

"Yeni Sabah" xəbər verir ki, şirkətin dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz Klinikası”  2011-ci ildən etibarən bu müayinələri davamlı olaraq keçirməkdədir. Klinika tərəfindən 3 aprel 2019-cu il tarixində, Pereküşkül qəsəbəsi, hərbi şəhərciyin ərazisində yerləşən l saylı tam orta məktəbə növbəti səfər təşkil edilib. Səfər çərçivəsində 52 nəfərin müayinəsi aparılıb, ehtiyacı olanlara müalicə təyin olunub, optik eynəklər paylanılıb.

Qeyd edək ki, valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə  yaradılan “Mobil Göz Klinikası”nın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır. Bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə  “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!