“Azercell“dən 5G müjdəsi - Bu vaxtadək Bakının bütün ərazilərini əhatə edəcək

saytların hazırlanması

Evə çatdırılma

“Azercell“dən 5G müjdəsi - Bu vaxtadək Bakının bütün ərazilərini əhatə edəcək

İqtisadiyyat

12 Noyabr 2019 10:23 1253


“Azercell Telekom” şirkəti gələn ilin sonunadək Bakının bütün ərazisini 5G şəbəkəsi ilə əhatə edəcəyini planlaşdırır.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, bundan sonra şəbəkənin əhatə dairəsi regionlarda genişləndiriləcək və bazar hazır olduqda şəbəkənin kommersiya istifadəsi bütün ölkə üzrə istifadəyə veriləcək. Pepperoni pizza

Qeyd edək ki, hazırda şirkət tərəfindən pilot 5G şəbəkəsi Bakının mərkəzində (Fəvvarələr meydanında) yaradılıb. Şirkət prezidentinin sözlərinə görə, yaxın günlərdə qeyd olunan məkanda daha bir neçə 5G baza stansiyaları quraşdırılacaq.

"Yaradılan 5G pilot şəbəkədə xidmətlər təxminən 7-8 baza stansiya üzərindən göstəriləcək", - deyə V. Mürsəliyev qeyd edib. /APA-Economics

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!