“Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanında, “Location club”da gecə saatlarında baş verən partlayış maye qaz balonunda yaranmış sızma nəticəsində olub”.
Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
İstehsalat Birliyinin məlumatına görə, müəssisənin daxilində propan qaz balonları ( 3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil. Təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb. pizza hut
Telegram kanalımız