“Azəriqaz”ın əməkdaşı döyüldü

saytların hazırlanması

Evə çatdırılma

“Azəriqaz”ın əməkdaşı döyüldü

Hadisə

05 Aprel 2022 21:48 425


“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı Vəliyev Ağamirzə Muradxan oğlu xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Belə ki, abonentin öncədən ödənişli (smart-kart tipli) qaz sayğacına baxış keçirilərkən qüsurla işləməsi aşkarlanıb. Bu səbəbdən əvəzlənməsi üçün abonent məlumatlandırılıb. Lakin bir neçə gün keçməsinə baxmayaraq, sayğacın əvəzlənməsinə istehlakçı tərəfindən şərait yaradılmayıb. Sezar pizza

"Bu gün əməkdaşımız Ağamirzə Vəliyev təkrar olaraq ərazi üzrə xidməti vəzifəsini yerinə yetirərkən abonentin hücumuna məruz qalıb. Bu hadisə ilə bağlı artıq hüquq mühafizə orqanlarına tərəfimizdən müraciət olunub", - İB-dən qeyd ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!