“Azərişıq“ Şamaxının Çuxuryurd kəndində elektrik şəbəkəsini yeniləyir - Video

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq“ Şamaxının Çuxuryurd kəndində elektrik şəbəkəsini yeniləyir - Video

Rəsmi

07 İyun 2020 18:01 959


“Azərişıq” ASC Şamaxı rayonunun Çuxuryurd kəndində yenidənqurma işlərinə başlayıb.

Qurumdan Yenisabah.az-a daxil olan məlumata görə, “Azərişıq” ASC-nin paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması proqramına əsasən Şamaxı rayonunun Çuxuryurd kəndində yenidənqurma işlərinə başlanılıb. 5 minədək sakini olan Çuxuryurd kəndində ilk dəfə 1966-cı ildə elektrik şəbəkəsi qurulub.

Köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar, hətta sayğaclar belə yeniləri ilə əvəz olunur. Bir sözlə yaşayış məntəqəsinin elektrik təsərrüfatı tamamilə yenilənir. Paylayıcı elektrik şəbəkənin yenidən qurulmasında əsas məqsəd istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir.  Pepperoni pizza

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulan tədbirlər proqramının icrası uğurla davam edir.

Xatırladaq ki, “Yeni kəndlər” layihəsi çərçivəsində “Azərişıq” ASC indiyədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerjisi sistemini tamamilə yenidən qurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!