“Azərişıq” vətəndaşlara çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” vətəndaşlara çağırış etdi

İqtisadiyyat

31 Mart 2020 11:15 1045


“Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir. 

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə “Feysbuk” və “İnstaqram” vasitəsilə canlı bağlantı, eləcə də Votsap üzərindən müraciətlərin qəbulu həyata keçirilir.

Eyni zamanda bütün “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstərilir. “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini  “199” Çağrı Mərkəzinə və ya   info@azerishiq.az elektron ünvanına göndərə bilərlər. pizza hut

“Xüsusi olaraq bildiririk ki, istifadə olunan elektrik enerjisinin haqlarının ödənilməsi üçün mobil tətbiq və ya azerishiq.az saytından onlayn ödəmə sistemi mövcuddur. Bu isə “Biz birlikdə güclüyük! Evdə qal, Azərbaycan” çağırışına qoşulmağa imkan yaradır.

Bütün istehlakçılarımız onlayn xidmətlərimizdən yararlanır, eləcə də istifadə olunmuş elektrik enerjisi  haqlarını həmin vasitələrdən istifadə etməklə ödəyirlər. Ona görə də istehlakçılarımıza öz təşəkkürümüzü bildiririk”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!