“Azərişıq”da cəbhədə baş verənlərlə bağlı Xüsusi Qərərgah yaradıldı - Video + Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq”da cəbhədə baş verənlərlə bağlı Xüsusi Qərərgah yaradıldı - Video + Fotolar

Rəsmi

14 İyul 2020 18:37 1075


“Azərişıq” ASC rəhbərinin sərəncamı ilə xüsusi işçi qrupu yaradılıb və təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində növbətçilik əsasında əməkdaşlar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. 

“Azərişıq” ASC Mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev Yenisabah.az-a bildirib ki, bütün cəbhə boyu rayonlarda xüsusi əhəmyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. "Təmas xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və böyük həcmdə əlavə mal- material göndərilib. Məqsəd ən çətin məqamlarda belə vətəndaşlarmızı fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır. 

Tovuzun Ağdam kəndinə erməni silahlı qüvvələri tərəfindən atılan mərmilər bəzi yerlərdə elektrik enerjisi xəttlərinin zədələnməsinə səbəb olub. Və ərazidə olan “Azərişıq” ASC əməkdaşları operativ şəkildə elektrik xətlərini təmir edib. Hazırda kəndin elektrik enerjisi ilə təminatında heç bir problem yoxdur. pizza sifarişi

 “Azərişıq” ASC əməkdaşları ön cəbhədə düşmənə sarsıdıcı zərbələr endirən qəhrəman əsgərlərmizlə çiyin-çiyinə dayanmaqdan qürur duyur!", - deyə V.Aydınoğlu açıqlama verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!