Abşeron rayonun və Xırdalan şəhərinin bir çox hissələrində elektrik enerjisinin təchizatı dayandırılıb.
Yenisabah.az xəbər verir ki, buna səbəb “Azərişıq” ASC-nin Xırdalanda yerləşən yarımstansiyasında yanğın baş verməsidir.
Hazırda hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin canlı qüvvəsi yanğının söndürülməsi istiqamətində işlər aparır. pizza sifarişi
Həmçinin bildirilib ki, "Azərişıq" əməkdaşları əhalinin elektrik enerjisilə təminatını bərpa etmək üçün çalışırlar.
Telegram kanalımız