“Azərsu” da gücləndirilmiş iş rejiminə keçir

saytların hazırlanması

Evə çatdırılma

“Azərsu” da gücləndirilmiş iş rejiminə keçir

Sosial

30 İyul 2020 16:22 698


"Azərsu” Açıq Səhmdar Cəmiyyəti Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qurumdan Yenisabah.az-a daxil olan məlumata görə, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Bu günlərdə içməli su təchizatında hər hansı planlaşdırılmış məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmayıb.

Xüsusi karantin günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək. Pepperoni pizza

İstehlakçılardan xahiş olunur, su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!