Bu gün “Azərsu” ASC–nin sədri Qorxmaz Hüseynov Şamaxıda vətəndaşları qəbul edib.
Bu barədə “Yeni Sabah”a qurumdan bildirilib.
Məlumata görə, Şamaxı Sukanal İdarəsinin inzibati binasında keçirilən qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı rayonlarından olan 38 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su və kanalizasiya xətlərinin çəkilməsi, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub. Dördpendirli pizza
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən sədr şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Telegram kanalımız