“Azərsun Holdinq” Beynəlxalq Yer Günü ilə bağlı təmizlik aksiyası təşkil edib

saytların hazırlanması

Evə çatdırılma

“Azərsun Holdinq” Beynəlxalq Yer Günü ilə bağlı təmizlik aksiyası təşkil edib

İqtisadiyyat

25 Aprel 2025 14:34 300


“Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən Lənkəran Konserv Zavodu sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq təmizlik aksiyası keçirib. 22 Aprel – Beynəlxalq Yer Günü münasibətilə ətraf mühitin qorunması naminə Xəzər dənizinin Lənkəran şəhəri sahil zolağı tullantılardan təmizlənib.

Aksiyada təxminən 2,000 kvadrat metr ərazi məişət tullantılarından tamamilə təmizlənərək, sahilin ekoloji tarazlığına mühüm töhfə verildi. Toplanan tullantılar, ətraf mühitə zərər verməməsi üçün standartlara uyğun şəkildə bərk məişət tullantıları poliqonuna daşınıb və təhlükəsiz utilizasiya olunub.

Bu təşəbbüs, Lənkəran Konserv Zavodunun yalnız yüksək keyfiyyətli məhsullar istehsal etməklə kifayətlənmədiyini, həm də regionun ekoloji sabitliyinə və sosial rifahına töhfə verməyənin sübutudur. Zavod, bu cür təşəbbüslər vasitəsilə həm ətraf mühitin qorunmasında, həm də gələcək nəsillərə təmiz və sağlam bir dünya qalmasında önəmli rol oynayır. Dördpendirli pizza

Bu layihə, “Azərsun Holdinq”in dayanıqlı inkişaf prinsipləri çərçivəsində həyata keçirdiyi layihələrdəndir. Şirkət, ölkə daxilində və beynəlxalq miqyasda ekoloji layihələrə dəstək olaraq təbiətin qorunmasına və gələcək nəsillərin sağlam mühitdə yaşamasına yardım edir. Eyni zamanda istehsal sahələrində ətraf mühitin qorunması, tullantıların azaldılması və enerji səmərəliliyinin artırılması istiqamətində də mütəmadi olaraq addımlar atır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!