“Azərxalça”nın həbsdə olan sədrinin oğlu rəis təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

“Azərxalça”nın həbsdə olan sədrinin oğlu rəis təyin olundu

Maraqlı

31 Avqust 2021 17:57 2290


Hazırda həbsdə olan “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradovun oğlu, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov vəzifəsindən azad olunub.

Yenisabah.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Cavid Muradov vəzifəsindən çıxarılaraq Bakının Sabunçu rayonuna polis rəisi təyin edilib.

Vidadi Muradov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. pizza

İttihama görə, Vidadi Muradovun vəzifədə olduğu müddət ərzində mənimsədiyi məbləğ 3 milyon 572 min 427 manatdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!