“Azərxalça”ya yeni sədr müavini təyin edildi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Azərxalça”ya yeni sədr müavini təyin edildi - Foto

Maraqlı

25 İyun 2021 18:07 1761


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Ceyhun Əlibəyov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyəti sədrinin müavini təyin edilib.

ASC-dən Yenisabah.az-a Ceyhun Əlibəyov Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəsmxətt və rəsm müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə qrafik rəssam ixtisası üzrə təhsil alıb.

Qeyd edək ki, Ceyhun Əlibəyov bundan əvvəl həm yerli, həm də beynəlxalq korporasiyalarda 15 il müddətində rəhbər vəzifələrdə çalışıb. “GlaxoSmithKline” (GSK) şirkətində müxtəlif vaxtlarda Azəbaycan və Gürcüstan nümayəndəliklərinin rəhbəri və MDB regionunda biznesin inkişafı üzrə koordinator kimi fəaliyyət göstərib. Dördpendirli pizza

Ceyhun Əlibəyovun biznesin inkişafı üzrə strategiyanın yaradılması, layihələrin aparılması və həyata keçirilməsi , maliyyənin idarə edilməsi, satış və marketinq kimi sahələr üzrə böyük təcrübəsi var.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!