Azərbaycan Televiziyası yeni çoxseriyalı bədii filmin çəkilişlərinə başlayıb.
Yenisabah.az QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, mistik janrda olan serial “Tam məxfi” adlanır.
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan serialın tizeri artıq yayımlanıb. pizza
Tizerdən aydın olur ki, filmin baş qəhrəmanı yuxularında gələcəyi görən, ruhların səsini eşidə bilən qızcığazdır. Söhbət 12 yaşlı Dəniz Abbasovadan gedir.
Dəniz 12 yaşında itkin düşür, 30 il sonra tapılır. Lakin maraqlısı odur ki, o, tapılanda da 12 yaşında olur. Rəsmi dövlət qurumları gələcəyi görə bildiyi üçün bu qıza iş birliyi təklif edir, baş verəcək cinayətlərin qarşısını almaq üçün onun bu qabiliyyətindən faydalanır.
Çoxseriyalı bədii film tezlikdə AzTV-də yayımlanacaq.
Telegram kanalımız