AzTV Yeni il ilə bağlı köhnə ənənəni geri qaytarır.
Yenisabah.az xəbər verir ki, bu barədə QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumat yayıb.
“Sabah” Yaradıcılıq Studiyası bayramla bağlı “Televizor” adlı film ərsəyə gətirib. pizza
“Sabah” Yaradıcılıq Studiyasının bədii rəhbəri və filmin prodüseri olan Xalq artisti Ramiz Həsənoğlu bildirib ki, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Qatarda” və s. tamaşalar geniş auditoriya tərəfindən böyük rəğbətlə qarşılandığı üçün yenidən köhnə ənənəni geri qaytarmaq qərara alınıb.
Filmin ssenarisi Xalq yazıçısı Elçinin “Gül dedi bülbülə” hekayəsinin motivləri əsasında yazılıb.
Yaradıcı heyət hesab edir ki, 3 aya yaxın hazırlıq prosesi gedən film böyük maraq doğuracaq.
Filmin quruluşçu rejissoru Sirac Mustafayev, quruluşçu operatoru Eldar Məmmədov və prodüseri isə Ramiz Həsənoğludur.
Film yanvarın 1-də saat 18:40-da AzTV-də yayımlanacaq.
Telegram kanalımız