AzTV DSX-nin helikopterinin qəzaya uğraması ilə bağlı efir proqramında dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

AzTV DSX-nin helikopterinin qəzaya uğraması ilə bağlı efir proqramında dəyişiklik etdi

Rəqəmsal

01 Dekabr 2021 19:17 2173


Azərbaycan Televiziyası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə əlaqədar olaraq efir proqramında dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, hadisə ilə bağlı məlumatın çıxdığı andan etibarən kanalın səlahiyyətli şəxsləri əyləncəli və musiqili verilişlərin dayandırılması, efir proqramının sözügedən faciəvi hadisəyə uyğunlaşdırılması ilə bağlı qərar qəbul edib.

“Azərbaycan Televiziyası ölkə əhəmiyyətli hadisələr, xalq və dövlət üçün həssas məqamlarda dərhal reaksiya verir, verilişlərin mövzularında dəyişiklik edir, ictimaiyyətin məlumatlandırılması üçün səfərbər olur. Bundan sonra da bu siyasətin davam etdirilməsinə çalışacağıq” – deyə məlumatda bildirilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!