AzTV-nin kadr strukturunda dəyişiklik olub? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

AzTV-nin kadr strukturunda dəyişiklik olub? - Açıqlama

Rəqəmsal

01 Sentyabr 2021 22:06 3786


"Televiziyamızın kadr strukturunda da hər hansı dəyişiklik baş verməyib, əməkdaşlarımızın hər biri öz işinin başındadır".

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Televiziyasının (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.

Onun sözlərinə görə, bu gün bəzi saytlarda AzTV-də kadr dəyişikliyi ilə bağlı xəbər yayılıb: "Həmin informasiyalarda məsul şəxslərin adları çəkilir və onların AzTV-dəki işindən azad olunduğu və ya yerdəyişmələr edildiyi bildirilir. Bu məlumatların heç bir əsası yoxdur. pizza mizza

Bir daha bildiririk ki, hər hansı məlumatı dəqiqləşdirmədən, TV-nin mövqeyini öyrənmədən yalan və əsassız materialları ictimaiyyətə ötürmək “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunla zidiyyət təşkil edir. Eyni zamanda, əsassız məlumatlar yaymaq məsuliyyətsizliklə yanaşı, oxuculara hörmət etməməkdir"./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!