AzTV-nin sədri Kəlbəcərdə minaya düşən jurnalistlərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

AzTV-nin sədri Kəlbəcərdə minaya düşən jurnalistlərdən danışdı

Maraqlı

04 İyun 2021 13:22 1377


AZƏRTAC-ın xüsusi müxbiri Məhərrəm İbrahimov (Əlioğlu) və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov minaya düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov bildirib:

“AzTV-nin operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik! Həmkarlarımız xatirələrimizdə işinin peşəkarı, mərd və cəsur şəxslər kimi qalacaqlar!”,-R.Məmmədov bildirib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!