Azyaşlının avtomobillə vurulduğu anın dəhşətli görüntüləri - Video

saytların hazırlanması

Evə çatdırılma

Azyaşlının avtomobillə vurulduğu anın dəhşətli görüntüləri - Video

Hadisə

06 Fevral 2020 11:30 1329


Cəlilabad rayonunda azyaşlı piyadanın avtomobillə vurulma hadisəsi ilə bağlı videogörüntü yayılıb.

"Yeni Sabah" bildirir ki, hadisə bir neçə gün əvvəl rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən, 2011-ci il təvəllüdlü Əsədov Əbülfəz Faiq oğlunu vurub. Dördpendirli pizza

Azyaşlı zərbənin təsirindən qarşıda park edilən digər avtomobilin altına düşüb. Ətrafdakı insanların köməkliyi ilə yaralı maşının altından çıxarılıb və xəstəxanaya aparılıb.

Hazırda Ə.Əsədovun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!