Qondarma rejimin “təhlükəsizlik şurası”nın sabiq “katib”i Samvel Babayan uzun fasilədən sonra görüşləri bərpa edib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, aylar öncəki mitinqdə uğursuz cəhddən sonra o, separatçı rejim “hakimiyyəti”ni ələ keçirmək ümidi ilə yeni səfərbərlik hazırlayır. Marqarita pizza
Qəzetin məlumatına görə, S.Babayan tanınmamış “DQR”in “hökumət dairələri” ilə paralel görüşlər keçirir:
“Babayan onların vasitəsilə Arayik Arutyunyana çatdırır ki, o, bu vəziyyətdə “dövlət naziri” “vəzifəsi”ni tutmağa və “xalq”ı inandırmağa hazırdır ki, azərbaycanlıların Ağdam-Əsgəran yolu ilə humanitar yardım və ticarət təkliflərini qəbul etmək düzgündür.
Babayanın qeyri-real planları artıq sadə bir şeyə çevrilib. O, “hakimiyyət”ə gələrsə, “Artsax müdafiə ordusu”nu qısa zamanda gücləndirmək və bərpa etməyin mümkün olduğuna hamını inandırmağa çalışır”.
Xatırladaq ki, S. Babayan hazırda qondarma rejimdə əsas “müxalif” qüvvəyə çevrilib.
Telegram kanalımız