Babayan Qarabağ lideri olmaq eşqinə düşüb - İddia

saytların hazırlanması

Evə çatdırılma

Babayan Qarabağ lideri olmaq eşqinə düşüb - İddia

Rəsmi

15 Aprel 2023 09:44 937


Qarabağ separatçıları arasındakı ziddiyətlər dərinləşir.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, qondarma rejimin “təhlükəsizlik şurası”nın sabiq katibi Samvel Babayan separatçı qurumdakı “konstitusiya” dəyişiklikləri çərçivəsində ya  “prezident”, ya da “dövlət naziri” olmaq eşqinə düşüb.

Erməni nəşri yazır ki, Babayan və tərəfdarı aprelin 26-da Xankəndinin “İntibah” meydanında çadırlar qurmaq və tanınmamış “DQR”də “hakim partiya” sayılan “Azat Ayrenik” (Azad Vətən) fraksiyasına qarşı mədəni etirazlar təşkil etmək niyyətindədir. pizza

Hətta onunla qondarma qurumun “dövlət naziri” Qurgen Nersisyan arasında soyuq küləklərin əsdiyini iddia edənlər də çoxluq təşkil edir.

Xatırladaq ki, S. Babayan 2020-ci ildə terrorçu rejimin “prezident”i olmaq üçün imzatoplama kampaniyasına start versə də, Araik Arutyunyana “seçki”lərdə uduzmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!