Babayan Qarabağda hakimiyyətə gəlmək və doğum sayını artırmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Babayan Qarabağda hakimiyyətə gəlmək və doğum sayını artırmaq istəyir

Rəsmi

16 May 2023 08:21 1220


Qarabağ qüvvələrinin keçmiş komandanı Samvel Babayan açıq şəkildə bildirib ki, Qarabağda hakimiyyəti ələ keçirmək istəyir.

Dünən onun tərəfdarlarının böyük bir qrupu Xankəndidə mitinq keçirərək "prezident" Araik Arutyunyandan Babayanın "dövlət naziri" təyin edilməsini tələb edib.

Mitinq zamanı Samvel Babayan vəziyyətdən çıxış yolu ilə bağlı öz baxısını təqdim edib. Əsasən o, peşəkar ordu yaradılmasına, doğum sayının artırılmasına və sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına çağırıb. Sezar pizza

O, bütün bunlara necə nail olunacağını açıqlamayıb, ancaq vəd edib ki, hakimiyyətə gəldiyi ilk 100 gün ərzində nəticəni təmin edəcək.

Sonra mitinq iştirakçıları bəyanat qəbul edərək "prezident" Araik Arutyunyanı Samvel Babayanı "dövlət naziri təyin etməyə və hərbi vəziyyətlə əlaqədar ona müvafiq səlahiyyətlər verməyə” çağırıblar.

"Parlamentin sədri" Artur Tovmasyan mitinqçilərin qarşısına çıxaraq onların tələblərini Arutyunyana çatdıracağını və "siyasi məsləhətləşmələrə" başlayacağını vəd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!