Bacısını “Instagram”a görə qətlə yetirdi: Hadisə şahidləri danışdılar - Video

saytların hazırlanması

Evə çatdırılma

Bacısını “Instagram”a görə qətlə yetirdi: Hadisə şahidləri danışdılar - Video

Kriminal

27 Noyabr 2023 19:15 1484


Gəncədə qardaş və bacı arasında dava faciə ilə bitib.

Şahidlərin sözlərinə görə, Ə.Allahverdizadə hadisədən sonra evi tərk etməyib və hüquq-mühafizə orqanlarına cinayəti törətdiyi alətlə birlikdə könüllü təslim olub:

“Bacı və qardaş ikisidə çox tərbiyyəli idilər. Qız hicablı, dindar, çox sakit idi. Anaları yox idi, onları nənələri böyüdüb”. pizza

21 yaşlı Pəri Allahverdizadə 22 yaşlı Əli Allahverdizadə tərəfindən qətlə yetirilib. Hadisə şəhərin Şahsevənlər küçəsi 106 ünvanında yerləşən evdə qeydə alınıb.

Əli Allahverdizadə istintaqa ilkin ifadəsində əməlini etiraf edib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Allahverdizadə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Qeyd edək ki, qardaş və bacı arasında mübahisənin qızın “Instagram” sosial şəbəkəsindən istifadə etməsinə görə başladığı bildirilib.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!