“Badamdar”ın 163 min manatını mənimsəyən şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

“Badamdar”ın 163 min manatını mənimsəyən şəxsə hökm oxundu

Kriminal

04 İyun 2025 15:49 472


"Badamdar Estates" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsində təqsirləndirilən Dünyamalı Qarayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənə hökm oxunub. O, 8 il azadlıqdan məhrum edilib.

"Badamdar Estates" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma aparılıb. pizza hut

İstintaqla Dünyamalı Qarayevin həmin MMC-nin baş xəzinədarı vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsi və təqdim olunan vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi yolu ilə ona etibar edilmiş ümumilikdə 163 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Dünyamalı Qarayevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!