Badara və Seyidbəyliyə daha 25 ailə yola salındı

saytların hazırlanması

Evə çatdırılma

Badara və Seyidbəyliyə daha 25 ailə yola salındı

Sosial

26 Yanvar 2026 12:34 293


Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə ümumilikdə daha 25 ailə yola salınıb.

"Yeni Sabah" xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Badara kəndinə 15 (66 nəfər), Seyidbəyli kəndinə isə 10 ailə (34 nəfər) daimi qayıdışı təmin edilib. pizza

Bununla da Badara kəndinə daimi qayıdan ailələrin sayı 73-ə (286 nəfər), Seyidbəyli kəndinə qayıdan ailələrin sayı isə 69-a (250 nəfər) çatacaq.

Xocalı rayonu üzrə ümumi məskunlaşma 906 ailə (3 min 700 nəfər) təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!