Bağçalıdan müxalifətə ağır ittiham: “Arxalarında PKK dayanır”

saytların hazırlanması

Evə çatdırılma

Bağçalıdan müxalifətə ağır ittiham: “Arxalarında PKK dayanır”

Siyasət

24 Yanvar 2023 14:47 687


Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Türkiyə Böyük Millət Məclisində çıxıb edib. 

Yenisabah.az “Sözcü”yə istinadla xəbər verir ki, MHP sədri seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) dəstək olacağını dilə gətirməklə yanaşı, müxalif Xalqların Demokratiyası Partiyasının (HDP) bostanına da daş atıb. 

D.Bağçalı əlavə edib ki, HDP vaxt itirmədən bağlanmalıdır:  Dominos pizza

“Bu separatçı və terror yuvasının qanuni kitabı bükülməli, qapısından qıfıl asılmalıdır. Konstitusiya Məhkəməsinin HDP-nin tələbi ilə işi uzatması düzgün deyil”. 

Bundan savayı, MHP sədri Dövlət Bağçalı partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında gündəmi dəyərləndirib.

Müxalifətin təşkil etdiyi “Millət İttifaqını” “Zillət İttifaqı” adlandıran partiya sədri söyləyib ki, bu gün Türkiyə ayağına taxılan qandalları çıxarmağa başlayıb: 

“Türkiyə ayağa qalxdı və ayağa qalxmağa davam edir. Siyasi və iqtisadi blokadalar bir-birini qovarkən türk birliyi idealları canlandı. Türkiyə qarşısında ucaldılan qalın divarların hamısı söküb! 

CHP və digərləri türk millətindən mənəvi cəhətdən ayrılıblar. “Zillet İttifaqı” zalımlara arxalanırdı. “Cümhur İttifaqı” isə bütün gücünü türk millətinə həsr edib”. 

O, iddia edib ki, “Millət İttifaqı”nın arxasında PKK dayanır:

D.Bağçalı bəyan edib ki, NATO Türkiyəyə lazım deyil və Türkiyə NATO-suz da işini görə bilər. O, Niderland və İsveçdə Qurani-Kərimin yandırılması məsələsindən söz açaraq bildirib ki, Quranı yandırmaq təxribatçılıqdır:

“Həqiqətən bunu qınamaq kifayət deyil. Bu ölkələr ABŞ-ın marionetləridir. Bunu ifadə azadlığı adlandıranlar da onlarla ortaqdırlar. MHP həm bu dünyada, həm də Məhkəməyi Kübrada (axirət məhkəməsi – red.) haqq-hesab çəkəcək, kitabımıza əl uzadana heç vaxt güzəştə getməyəcək!” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!