Bağırov qardaşlarının şirkəti cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Bağırov qardaşlarının şirkəti cərimələndi

İqtisadiyyat

17 İyun 2025 09:48 752


Əhali ilə aparılan nağd hesablaşmalarda pozuntuya yol verən “SOLİTON LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Məlumata görə, cərimə Operativ vergi nəzarəti çərçivəsində Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə tərtib edilən AKT-a əsasən müəyyənləşdirilib.

Qeyd edək ki, “Soliton LTD” MMC-nin qanuni təmsilçisi Müseyib Bağırov Abbas oğludur. Şirkətin nizamnamə kapitalı 9000 manatdır. pizza mizza

Məlumat üçün bildirək ki, “Neptun” marketlər şəbəkəsinin və “Soliton Group”un rəsmi sahibi Müseyib Bağırov, onun qardaşları Sahib və Rahib Bağırovlarla birgədir.

32gun.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!