Bağlanan banklardakı əmanətlər bu tarixdə qaytarılacaq - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Bağlanan banklardakı əmanətlər bu tarixdə qaytarılacaq - Rəsmi

İqtisadiyyat

22 May 2020 16:12 912


Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank” və “NBC Bank” ASC-lərin əmanətçilərinə müraciət edib. 

Yenisabah.az-ın məlumatına görə, müraciətdə deyilir ki, əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq kompensasiya olunacaq.

Kompensasiya ödənişi zamanı əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq: pizza

16 iyun 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi;

15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.

Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!