İki gün əvvəl fəaliyyəti dayandırılan və lisenziyası ləğv edilən «Amrahbank»ın işçiləri bankda etiraz aksiyası keçiriblər. Onların etirazı bankın bağlanmasına, eyni zamanda maaşlarının verilməməsi ilə bağlı olub. Bankda 700 nəfərin çalışdığını bildirən bankın hüquqşünası M.Mehdiyev bankın məhz indi bağlanmasının ölkə rəhbərliyinin koronavirus pandemiyası dövründə işçilərin ixtisar edilməməsi ilə bağlı tapşırıqlarına zidd olduğunu vurğulayıb.
Hüquqşünas Mərkəzi Bankın rəhbərliyini ayrı-seçkilikdə də ittiham edib. Onun sözlərinə görə, AMB başqa banklara 60-70 milyon vəsait ayırdığı halda «Amrahbank»a heç bir güzəşt edilməyib. Maraqlıdır, problem necə həll olunacaq? Bankda olan əmanətlər sığortalanıbmı, onlar hansı müddətə qaytarıla bilər?
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Yenisabah.az-a açıqlamasında bildirib ki, bir bankın fəaliyyəti dayananda işçilərin qalan əməkhaqqını, kommunal xərcləri o öz hesabına ödəyir: “Bankın kreditorları və deditorları var. Kreditor bankın borclu olduğu , deditor isə bankın alacaqları olan tərəfdir. Bir bankın fəaliyyəti dayananda əməkhaqqını, kommunal xərcləri bank özünü əmlakı, mövcud aktivləri hesabına ödəməlidir. Kiminsə əməkhaqqını dövlətin öz üzərinə götürməsi kimi bir şey yoxdur. Kompensasiyanın qaytarılıb-qaytarılmaması isə əmək qanunvericiliyi ilə bağlı məsələdir. Əmək qanunvericiliyinə baxılacaq və uyğun qərar veriləcək, yəni bu, hüquqi bir məsələdir”. Sezar pizza
Əmanətlərin sığortalanması məsələsinə gəldikdə isə iqtisadçı qeyd edib ki, manatla olan əmanətlər tam sığortalanıb: “Dollarla olan əmanətlərin isə 3 faizə qədəri sığortalanıb, ondan yuxarısı yoxdur. Ona görə də manatla bağlı problem yoxdur, əmanətlər qaytarılacaq, amma dollarla bağlı olan əmanətlərdə problem yarana bilər. Hətta ola bilər ki, bankın xarici tərəfdaşlara da borcu var. Orada hələ səhmdarların da necə milyon dollar pulu var. Əmanətləri dollarla olanlar sığortalanan hissəni alırlar, qalan hissəni isə özəl sığorta şirkətlərində sığortalayıblarsa, ala biləcəklər, yox əgər sığortalamayıblarsa, pul batacaq. Yəni bunlar iqtisadi məsələdir və iqtisadiyyatda müflisləşmə də olur. Səhmdarlar da pul qoyanda risk alırlar. Mən oraya pul qoyuramsa və pulum gəlmirsə, pulu mənə dövlət verməli deyil. Bu problemlərə dövlət məsuliyyət daşımır”.
Sayad Həsənli
Telegram kanalımız